AZ

Tt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasının, torpağın, suyun, Xəzər dənizinin mühafizəsi, meşələrin inkişafı, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq işlər görür. Hazırda əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində tədbirlər həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur. Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır.

Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, ölkəmizin hər  bölgəsində  min hektarlarla ərazidə yaşıllıqlar eləcə də magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır, ağacəkmə aksiyaları keçirilir, əhaliyə ağac tingləri paylanılır.

Eləcə də Gəncə şəhərində. Bildirək ki, bu şəhərdə ekoloji tərəfdən vəziyyət elə də ürəkaçan deyil. 


Bölgə.Tv xəbər verir ki, Gəncədə tullantıların idarə olunması istiqamətində işlər çöküb, əsasən plastik tullantılarla qalaqlanmış şəhər ətrafı ərazilər baxımsız haldadır. Ölkə başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində ekoloji təbliğat,  qanunvericiliyin  həyata keçirilir.

Həmçinin atmosfer havasının çirklənməsinin, o cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Seçilən
12
ekologiya.az

1Mənbələr