AZ

QHT “Bacarıqlarına sahib ol” layihəsinə start verib » AzadMedia.az


“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bacarıqlarına sahib ol” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin bilik, bacarıqlarının və xüsusi istedadların üzə çıxarılması və bu bacarıqların inkişafına motivasiya verilməsidir.

Təşkilatın sədri Samirə Mustafayeva QHT.az-a açıqlamasında qeyd edib ki, onlar çox vaxt ev şəraitində özlərinə qapalı vəziyyətdə yaşayırlar, bu da onların cəmiyyətdən təcrid olmalarına gətirib çıxarır. “Valideynlər arasında aparılan araşdırma zamanı məlum oldu ki, maddi problemlər bir yana, şəxslərin ünsiyyətə və qayğıya ehtiyacı daha çoxdur. Bu səbəblə də belə bir layihənin həyata keçirilməsinə zərurət yarandı.

Məhz bu baxımdan dəstək məqsədilə layihənin icrası müddətində 24 nəfər xüsusi qayğıya ehtiyacı olan şəxslər arasında peşəkar mütəxəssislər tərəfindən öyrədici təlimlər keçiriləcək, onların bilik və bacarıqları müəyyən olunacaq və xüsusi istedadları üzə çıxarılacaq. Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin bacarıqlarından ibarət sərgi təşkil olunacaq. Onların bacarıqlarından ibarət bu sərginin təşkili onlara əlavə motivasiya verəcəkdir.”

Layihəyə 01 iyul 2025-ci ildən start verilib və üç ay müddətində davam edəcək. Layihə Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan insanları əhatə edəcək.

Fotolar

Seçilən
15
azadmedia.az

1Mənbələr