AZ

COP29 Sədrliyi BMT Baş Assambleyasının “İqlim həftəsi”ndə iştirak edəcək

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edən nümayəndə heyəti BMT Baş Assambleyasının 80-ci sessiyası və “İqlim həftəsi” tədbirlərində iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkda dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektorun nümayəndələri ilə yüksəksəviyyəli görüşlər keçiriləcək. Dialoqun məqsədi Paris Sazişinin məqsədlərinə və qlobal iqlim gündəliyinə nail olmaq üçün əsas olan COP29 qərarlarının səmərəli icrası məqsədilə əlavə resursları səfərbər etmək və buna şərait yaratmaqdır.

COP29 Rəyasət Heyəti inkişaf etməkdə olan ölkələrə və ən həssas regionlara dəstək olmaqda genişlənmiş beynəlxalq əməkdaşlığa və məsuliyyətlərin bərabər şəkildə bölüşdürülməsinə ehtiyac olduğunu vurğulayır.

Qeyd etmək lazımdır ki, bu cür beynəlxalq platformalar qlobal iqlim həmrəyliyini gücləndirmək, həll yollarını inkişaf etdirmək və COP29-da götürülmüş öhdəliklərin icrasını sürətləndirmək üçün unikal imkan yaradır. Azərbaycanın Sədrliyi iqlim maliyyəsi, iqlim dəyişikliyinə uyğunlaşma, davamlı energetikanın inkişafı və karbon bazarı mexanizmlərinə xüsusi diqqət yetirir.

Seçilən
14
3
ikisahil.az

4Mənbələr