AZ

Vinisius “Real”dan gedir?

Braziliya milli komandası üzvü Vinisius Junior gələn ilin yanvar transfer pəncərəsi zamanı “Real”ı tərk edə bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Vinisiusun klub ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Madrid təmsilçisi isə bu ilin yayından braziliyalı futbolçu ilə müqavilənin uzadılması üzərində işləyirdi. Lakin danışıqlar “dalana dirənib”. “Real” 25 yaşlı vingərin maliyyə tələblərini ödəməyə hazır deyil.

Əgər yaxın vaxtlarda müqavilənin uzadılması məsələsi həll olunmasa, Vinisius yanvarda klubu tərk edə bilər. Növbəti 2–3 ay braziliyalının Madrid klubundakı gələcəyi üçün həlledici olacaq.

Seçilən
21
2
olke.az

3Mənbələr