AZ

“Roma derbisində uduzmaq bizə heç də yaraşmadı”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya çempionatının IV turunda keçirilən Roma derbisindəki nəticəyə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "DAZN" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.

“Bizim 4-5 yaxşı şansımız vardı və birinci hissədə irəliləyə bilərdik. Oyunu kobud səhv üzündən uduzduq. Baxacağıq, bu səhv texniki səhv idi, yoxsa yox. Yaxşı oyun göstərdik, amma bu şəkildə uduzduq. Azarkeşlərimizə görə üzülürəm, onlar bizi dəstəklədilər. Komandama üzülürəm, belə məğlubiyyətə layiq deyildilər”.

Qeyd edək ki, qarşılaşma “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.Bu nəticədən sonra “Roma” 9 xalla 4-cü, “Latsio” isə 3 xalla 14-cü pillədə qərarlaşıb.

Seçilən
114
90deqiqe.az

1Mənbələr