Portuqaliya rəsmi olaraq Fələstin dövlətini tanıyıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Paulo Rangel bəyanat yayıb.
Lissabon rəsmisi bildirib ki, Fələstin-İsrail münaqişəsinin yalnız iki dövlət əsasında həllini dəstəkləyir.
Yaxın günlərdə Andorra, Belçika, Lüksemburq, Malta və San Marino da Fələstini tanıdıqlarını elan edəcəklər.