AZ

Eyfel qülləsində Fələstin bayrağının təsviri əks olundu

BAKI, 22 sentyabr. TELEQRAF

Paris rəhbərliyi Fransanın Fələstin dövlətini tanımasından əvvəl Eyfel qülləsində Fələstin və İsrail bayraqlarının təsvirini əks etdirib.

Teleqraf xəbər verir ki, qüllənin birinci mərtəbəsi səviyyəsində bayraqları və onların arasında sülh göyərçinini göstərən monitor yerləşdirilib.

Qüllənin özü ağ rəngdə işıqlandırılıb.

“Paris Fransa Prezidenti (Emmanuel Makronun - red.) Fələstin dövlətinin tanınması təşəbbüsünü dəstəkləyir. Paris heç vaxt olmadığı qədər indi yalnız iki dövlət konsepsiyasının həyata keçirilməsi ilə mümkün olan sülhə sadiqliyini bir daha təsdiqləyir”, - Paris meri Ann İdalqo öz sosial şəbəkə səhifəsində yazıb və bayraqların əks olunduğu Eyfel qülləsinin fotosunu paylaşıb.

Seçilən
92
teleqraf.com

1Mənbələr