AZ

Bakının 153 saylı orta məktəbində müəllimləri təbrik etmək üçün pul yığılır? İDDİA

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda 153 saylı orta məktəbin valideynləri arasında "WhatsApp" qrupunda müəllimləri "təbrik etmək" üçün 50 manatdan pul yığıldığı iddia olunur.

Oxu.Az-ın Xəzər Xəbər-ə istinadən verdiyi xəbərə görə, valideynlər iddia edirlər ki, həmin qrupda elə həmin sinfin rəhbəri Aytac müəllimə də var və baş verənlərdən xəbərdardır.

Digər valideyn də iddia edir ki, 31 şagirddən sinif rəhbəri Beynəlxalq Müəllimlər Günü münasibətilə özünün və rus dili müəlliməsinin fərdi təbrik edilməsini tələb edib.

Valideynlərin iddiası ilə bağlı 153 saylı məktəbin 5-ci sinif rəhbəri Aytac Orucova valideynlərin "WhatsApp" qrupunda olduğunu təsdiqləyib. Amma orada Beynəlxalq Müəllimlər Günü münasibətilə vəsait toplanması məsələsindən xəbərsiz olduğunu deyib. Bir sözlə, bunun valideynlərin öz təşəbbüsü olduğunu bildirib. Aytac Orucova onu da qeyd edib ki, valideynlərə onlardan heç bir təbrik gözləmədiyini deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, paytaxtdakı 153 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Daha ətraflı süjetdə:

Bakının 153 saylı orta məktəbində müəllimləri "təbrik etmək" üçün pul yığılır? - İDDİA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
oxu.az

1Mənbələr