AZ

Makron: “Fransa Qəzzadakı hadisələri genosid hesab etmir”

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qəzzada baş verənləri “genosid” kimi qiymətləndirmək siyasi bəyanat deyil və belə qərarı yalnız məhkəmələr və ya tarixçilər sübutlar və aydın hüquqi baza əsasında verə bilər.

Bizim.Media xəbər verir ki, Makron əlavə olaraq vurğulayıb: “Bu sadəcə siyasi bəyanat deyil. Bir şeyi genosid kimi tanımaq yalnız hakimlərə və ya tarixçilərə məxsusdur — bu, bir sıra sübutlar, aydın hüquqi baza və açıq elementlər əsasında müəyyən edilməlidir".

Prezident həmçinin humanitar vəziyyətə və sülh axtarışlarına toxunaraq, məsələnin hüquqi və tarixi qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Bizim.Media

Seçilən
21
3
bizim.media

4Mənbələr