Şimali Koreyanın dövlət başçısı Kim Çen In bildirib ki, xalq respublikası özünün müdafiə gücləndirilməsi çərçivəsində gizli silah əldə edib.
Heftelik.az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, Kim Çen In deyib ki, dövlət və partiya müdafiə qabiliyyətini gücləndirmək üçün davamlı, irəliyə doğru inkişafa çalışır.
Şimali Koreya Prezidenti dəniz gücünün yaradılmasında ilk mühüm addım olan yeni esmineslərin inşasını, eləcə də strateji qüvvələrin fasiləsiz olaraq gücləndirilməsini və kütləvi istehsal silahlarının performansının təkmilləşdirilməsini xatırladıb: “Bundan əlavə, biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək”.