AZ

Dietoloq makaron haqqında yanlış fikirləri təkzib etdi

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uzun illərdir ictimaiyyətdə makaronun sağlamlıq üçün zərərli olduğu barədə fikir formalaşıb. AzPost xəbər verir ki, dietoloq Lyudmila Denisenko bu iddianı mif adlandıraraq, makaronun düzgün seçildikdə orqanizm üçün faydalı olduğunu bildirib.

Mütəxəssisə görə, xüsusilə kobud üyütmədən hazırlanmış makaron məhsulları enerji, vitamin və mineralların mühüm mənbəyidir. Onlar tərkibində karbohidrat, zülal və B qrupu vitaminləri saxlayır, həmçinin asan həzm olunur.

Denisenko xatırladıb ki, makaronun tarixi Çinə qədər gedib çıxır. İlk növbədə düyü unundan hazırlanan xəmiri italyanlar buğda ununun kobud üyüdülmüş növü ilə təkmilləşdirərək dünyaya yaydılar.

Mütəxəssis qeyd edib ki, orijinal italyan pastası Aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir və bu pəhriz UNESCO tərəfindən insanlığın mədəni irsi kimi tanınıb.

Onun sözlərinə görə, sovet dövründə keyfiyyətsiz məhsullar səbəbindən makaron “kley kimi” qəbul edilirdi. Halbuki, keyfiyyətli makaron məhsulları sağlam qidalanmanın mühüm elementidir.

Diyetoloq maksimum fayda üçün makaronun “al dente” üsulu ilə – yəni bir qədər az bişmiş halda hazırlanmasını tövsiyə edib. Bu zaman tərkibindəki lif xolesterinin orqanizmdən çıxarılmasına kömək edir, doyumluluq hissi uzunmüddətli olur və vitaminlər maddələr mübadiləsini dəstəkləyir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azpost.info

2Mənbələr