AZ

Tramp “TikTok” üzrə razılaşmaya qoşulacaq investorların adlarını açıqlayıb

ABŞ prezidenti Donald Tramp “TikTok” üzrə razılaşmada iştirak edən bəzi investorların adlarını açıqlayıb. Onların arasında “Oracle”ın həmtəsisçisi və dünyanın ən varlı adamlarından biri Larri Ellison, “Dell” şirkətinin rəhbəri Maykl Dell və “News Corp”un icraçı sədri Laklan Merdok var.

Gözlənilir ki, Çin şirkəti “ByteDance”ə məxsus olan “TikTok” videoplatforması ABŞ sahiblərinin nəzarətində bir bölməyə ayrılacaq.

2024-cü ildə ABŞ-nin keçmiş prezidenti Co Bayden Çin şirkəti “ByteDance”ı “TikTok”u satmağa məcbur edən qanunu imzalayıb. Amerika tərəfi ilə razılaşma əldə olunmadığı halda sosial şəbəkəyə ABŞ ərazisində bloklanma təhlükəsi yaranmışdı. 2025-ci ilin sentyabrında Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin bu razılaşmanı müzakirə etdilər, bundan sonra cənab Tramp platformanın bloklanmasını 16 dekabra qədər təxirə saldı.

Seçilən
8
banker.az

1Mənbələr