ain.az bildirir, Tribuna portalına istinadən.
Hərdən elə gəlir ki, kaş həyatda da məktəbdəki kimi olardı: hər mövzunun öz dərsliyi, oxuyursan – anlayırsan, imtahana da tam hazır olursan. Təəssüf ki, həyat belə işləmir. Heç bir kitabı oxumaq tam zəmanət vermir ki, sən dərhal insanları başa düşəcək, bütün münasibətləri yoluna qoyacaqsan.
Amma nəzəri biliklər heç vaxt artıq olmur. Əsas odur ki, onları praktikada yoxlayasan: müşahidə edəsən, sınaqdan keçirəsən, təcrübə edəsən. Məhz bu səbəbdən sənə özünü və başqalarını bir az daha yaxşı anlamağa kömək edə biləcək kitabların siyahısını təqdim edirik:
1. Erik Bern — “İnsanların oynadığı oyunlar”
“Daxili Valideyn, Uşaq və Yetkin” anlayışlarını çox eşitmişik. Bu model məhz Erik Berne aiddir. Kitab insanların davranış motivlərini izah edir, həyat ssenarilərimizi göstərir və yeni seçim etmək imkanı yaradır.
2. Qari Çepmen — “Məhəbbətin beş dili”
Sevginin ifadə olunma üsulları hər kəsdə fərqlidir: sözlər, vaxt ayırmaq, hədiyyələr, kömək və toxunuşlar. Partnyorlar bu dilləri anlamadıqda, sanki müxtəlif dillərdə danışıblar. Kitab münasibətlərdə anlaşmanı artırır.
3. Andrey Kurpatov — “Qırmızı həb. Həqiqətə göz aç!”
Müəllif sadə dildə izah edir ki, insan beyni necə işləyir, necə bizi aldadır və bunun qarşısını necə almaq olar. Bu biliklər həm özünü, həm də başqalarını anlamaqda faydalıdır.
4. Alfred Adler — “İnsanın təbiətini anlamaq”
“Natamamlıq kompleksi” ifadəsinin müəllifi məhz Adlerdir. Kitabda şəxsiyyətin cəmiyyətə uyğunlaşması, uşaqlıq dövrünün təsiri və xarakterin formalaşması barədə danışılır.
5. Robert Çaldini — “Təsir psixologiyası”
Kitab yalnız başqalarına təsir etmək üçün deyil, həm də manipulyasiyadan qorunmaq üçün faydalıdır. Müəllif sosial təcrübələrə əsaslanaraq izah edir ki, insanlar necə təsir altına düşür və bundan necə yayınmaq olar.
6. Nika Nabokova — “Beyin yeyənlər”
Çətin, zəhərli münasibətlərdə olanlara dəstək kitabıdır. Müəllif real hekayələr və addım-addım tövsiyələrlə insanın özünü və ətrafını daha yaxşı anlamağa kömək edir.
7. Dmitri Kovpak — “Çətin insanlar. Onlarla necə ünsiyyət qurmalı?”
Hərdən konfliktli, anlaşılmaz, “iti” insanlarla qarşılaşırıq. Kitab belə hallarda necə davranmalı olduğumuzu praktik nümunələrlə göstərir.
8. Ceyms Hollis — “Niyə yaxşı insanlar pis işlər görür?”
Hər kəsin bir “kölgə tərəfi” var. Bu kitab həmin gizli tərəfi anlamağa, daxili ziddiyyətlərlə mübarizə aparmağa və davranışlarını dəyişməyə yardım edir.
9. Lyudmila Requş — “Müşahidə və müşahidəçilik praktikumu”
Əsasən müəllim, ekspert, psixoloq, müşahidə ilə işləyən peşə sahibləri üçün yazılsa da, hər kəs üçün faydalıdır. Kitabda insan davranışını müşahidə etməyi inkişaf etdirən tapşırıqlar var.
10. Deniel Qoulman — “Emosional intellekt”
EQ – insanın öz emosiyalarını və başqalarının hisslərini anlama, idarə etmə qabiliyyətidir. Bu bacarıq münasibətlərdə və ünsiyyətdə əsas şərtlərdən biridir.
İmran Kərimli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.