AZ

Matevosyan: Azərbaycanlılar İrəvana bu yolla girəcəklər

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasını sırıfdan dəyişdirəcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyan 2026-cı ildə keçiriləcək seçkilərdə yenidən seçilərsə, nəinki Konstitusiyanı dəyişəcək, həm də Ermənistanın 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsini ləğv edərək, dördüncü respublikanı elan edəcək.

Həmçinin yenidən seçilərsə, Paşinyan Ermənistanın təhlükəsizlik sistemini də kökündən dəyişəcək. Onun məqsədləri budur: Ermənistan KTMT çıxsın, Rusiya bazası və sərhədçiləri çıxarılsın, Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə birtərəfli qaydada xitam verilsin. Buna nail olmaq üçün Paşinyana yeni beşillik lazımdır — 2026-cı ildən 2031-ci ilə qədər. Bütün bunlardan sonra türklər və azərbaycanlılar (tanklarla yox) taksi ilə daxil ola biləcəklər”, - ekspert bildirib.

Seçilən
5
3
axar.az

4Mənbələr