AZ

Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılmasına dair 7 ci təlim keçirildi FOTOLAR

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsini uğurla davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, tərəfdaş təşkilatda dərslərin başa çatması və iştirakçıların istirahətə çıxması ilə əlaqədar olaraq baş tutmayan təlimlər yenidən vüsət alıb. 17 sentyabr 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 25 nəfər benefisiarın iştirakı ilə layihənin 7-ci təlimi keçirilib. Təlimdə “Lirik növ: Nəzmin əsas əlamətləri, ahəng, ritm, qafiə, rədif, bölgü, misra, beyt, mətlək, məqtə, bənd. Heca vəzni” mövzusu müzakirə olunub.

QDPTM ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi yaradıcılıqla məşğul olan və olmaq istəyən gəncləri üzə çıxarmaq, onların potensialını artırmaq, biliklərini təkmilləşdirmək, yaradıcılıqlarını geniş oxucu kütləsinə çatdırmaq və cəmiyyətə yararlı insan kimi yetişmələrinə töhfə verməkdir.

Təlimləri dil-ədəbiyyat sahəsində bilik və təcrübəyə malik olan filoloq-müəllim, təlimçi Fəxrəddin Babayev aparır. Təlimlərə başlanandan bəri gənclərin həvəslə qoşulmaları, qiraət və yaradıcılıq sahəsində özlərini sınamaları onların fəallığını göstərir. Layihə rəhbərinin sözlərinə görə, bu gənclərin arasından gələcəyin istedadlı şairləri, qiraət ustaları və nasirləri çıxacağına böyük inam var.

Təlimin gedişində fəallığı ilə seçilən Mənafov Aqşin və Canqudiyeva Cinarə öz əsərlərini təqdim edərək fikirlərini oxucuya aydın, səlis və dövrün tələblərinə uyğun şəkildə çatdırmağa çalışıblar. Təlimlər zamanı iştirakçılar yazdıqları nümunələri səsləndirir, nəsr əsərlərini təqdim edərək rəy alır və daha da həvəslə davam edirlər.

Nəzərdə tutulan 10 təlimin gənclərin yaradıcılıqlarında mühüm rol oynayacağına, onların bu yolda inamla irəliləyərək arzularına çatacağına əminlik ifadə olunur.

Layihə rəhbərliyi təlimlərin keçirilməsində yüksək şərait yaradan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevə, təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Çələbiyevaya, əməkdaşlardan Nuriye Mustafayevaya və Türkan Rzayevaya, həmçinin təlimləri ustalıqla aparan Fəxrəddin müəllim Babayevə təşəkkür edib, bütün iştirakçılara uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
cebheinfo.az

4Mənbələr