AZ

Dislaliya əksər hallarda uğurla korreksiya olunur - Səhiyyə Naziriliyinin mütəxəssisi

Bakı. Trend:

Səhiyyə Naziriliyi Sanator-Kurort Reabilitasiya Mərkəzininloqopedi Gülnar Hacızadə müsahibə verib.

Trend müsahbəni təqdimedir:

- Gülnar xanım, ilk öncə bilmək istərdik ki, dislaliyanədir?

- Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarınınzədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüzpozuntusudur. Nitq 5 yaşına kimi formalaşır, amma bəzi uşaqlardasəs tələffüzü qüsurları qalmaqda davam edir.

- Dislaliyanın mənşəyinə görə neçə növü var?

- Dislaliya mənşəyinə görə iki növə ayrılır - funksional vəmexaniki dislaliya. Funksional dislaliya pedaqoji baxımsızlıqnəticəsində yaranır. Uşağın nitqinin düzgün “tərbiyə” olunmaması vəuşaq dilində danışmasına səbəb olur. Funksional dislaliyadaartikulyar aparatda heç bir çatışmazlıq müşahidə olunmur.
Mexaniki dislaliya isə anadangəlmə və qazanılma ola bilər,artikulyasiya aparatının qüsurları nəticəsində yaranır.
Dilin qüsurları dilin həddindən artıq böyük olması, enli və yaqısa, ensiz olması, dilaltı pərdənin qısa olub-olmaması və yabitişik olması aiddir. Bu cür hallar dilin məhdudlaşdırılmasınasəbəb olur və səs tələffüzündə çətinliklər yaradır.
Uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağı sorması,ananın uşağa uzun müddət süd verməsi, tənəffüs problemləri çənəqüsurlarına səbəb olur. Daha sonra ön dişlərin aralı olub-olmamasımexaniki dislaliyaya səbəb olur.

- Dislaliyanı yaradan səbəblər hansılardır?

- Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasındaperiferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr)üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyayagətirən anamaliyalarına daha çox dil və üst dodaq yüyənin qısalığısəbəb olur, nisbətən az-makroqlassiya (irihəcmli dil),mikroqlassiya (ensiz kiçik dil), yoğun az hərəkətli dodaqlar.
Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin,dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinintələffüzündə qüsur yaranır.
Genetik faktorların rolunu vurğulamaq lazımdır. Ailə üzvlərindəoxşar nitq problemləri dislaliyaya gətirib çıxara bilər. Erkən dilinkişafı problemləri, nitqdə gecikmə kimi amillər olduqdadislaliyaya səbəb olur. Eşitmə itkisi, eşitmə problemləri birinsanın nitq səslərinin düzgün işləməsini və ya çıxarılmasınıçətinləşdirə bilər. Eşitmə cihazları dislaliyaya səbəb olur.Nevroloji problemlər beynin sinir sistemi ilə bağlı ola bilər.

- Dislaliyanın hansı qolları var?

- Dislaliyanın qollarına siqmatizm fitli, fışıltı səslərinolmaması və ya əvəz olunması (S, Ş), rotatizm (R səsinin olmamasıvə ya başqa səslərlə əvəz olunması) daxildir. Həmçinin, lamdasizm(L səsinin olmaması və ya əvəz olunması), kappasizm (K, Qsəslərinin olmaması və ya əvəz olunması), xitizm (Ğ, X səslərininolmaması və ya əvəz olunması) və yotatizm (Y səsinin olmaması və yaəvəz olunması) aiddir.

- Dislaliyanın diaqnostikası necə aparılır?

- Dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlikvə doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirdiyixəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatınınvəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizualolaraq, artikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyinimüayinə edir.
Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir(səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrifolunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır.Loqopedik rəydə dislaliyanın forması(mexaniki və ya funksional),növü (artikulyator-fonematik), akustik-fonematik,artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm,siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağastomotoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqununkonsultasiyası da tələb oluna bilər.

- Səs qüsurlarını aradan qaldırmaq üçün hansı üsullar var?

- Dislaliyanı aradan qaldırmaq üçün ilk əvvəl hansı səslərinqüsurlu tələffüz olunduğunu aşkar etmək lazımdır. Bunun üçün uşağahər bir səsin əvvəldə, ortada və axırda işləndiyini şəkillər və yamətnlər üzərində təklif olunur. Səsi qüsurlu tələffüz edərkən hansısəhvlərə yol verdiyini müəyyən etmək lazımdır.
Səs qüsurlarını aradan qaldırmasının 3 üsulu var: yamsılama(imitasiya, yəni səsin imitasiyası), mexaniki (loqopedik zondlarınköməyi ilə) və qarışıq (hər iki üsulun tətbiqi).

- Dislaliyanın əlamətləri hansılardır?

- Dislaliya zamanı tənəffüs qüsurları, səslərin buraxılması,əvəz edilməsi, yerdəyişməsi özünü göstərir. Səs buraxılmasıdedikdə, səsin olmaması və ya tamamilə düşməsidir. Əvəz olunması odeməkdir ki, bir fonetik digəri ilə əvəz olunur. Əgər 4 səs qüsuruvarsa, sadə (məsələn, R, L, J, G), 5 və daha artıq varsa, mürəkkəbsəs qüsuru adlanır. Məsələn, R, L, J, G, Ş, K səslərin qüsuruvarsa, demək şəxsdə mürəkkəb səs qüsuru var.

- Səs qoyuluşu hansı mərhələlər üzrə aparılır?

- Səs qoyuluşu bu mərhələlər üzrə aparılır: artikulyasiyaaparatını qoyulacaq səs tələffüzünə hazırlamaq, dil, dodaq,izolyasiya olunmuş səsin alınması, səsin hesablardamöhkəmləndirilməsi, səsin sözlərdə, cümlələrdə möhkəmlənməsi vəsəsin sərbəst nitqdə möhkəmləndirilməsi.
Hər bir mərhələ ardıcıl həyata keçirildiyi zaman effektiv nəticəəldə etmək mümkündür. Loqoped hər bir mərhələ zamanı ayrı-ayrıtapşırıqlarla uşaqda səs qüsurunu aradan qaldırır.

- Dislaliya necə korreksiya edilir?

- Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır. Hazırlıqmərhələsində nitq aparatındakı qüsurlar aradan qaldırılır. İkincimərhələdə səslərin tələffüzü üçün ilkin bacarıqlar formalaşdırılır.Mütəxəssis uşağa əvvəlcə təkcə səsi tələffüz etməyi öyrədir, dahasonra isə hecalara və sözlərə keçir. İşin yekun mərhələsindəöyrənilmiş səsin böyüklər və həmyaşıdlarla ünsiyyətdə düzgünistifadəsinə istiqamətlənir.
Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatınquruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontikmüalicə kursu) anatomik defektləri aradan qaldırmaq vacibdir.Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitqmotorikasında inkişaf etdirilir (artikulyar gimnastika, loqopedikmasaj), sensor funksional dislaliyada fonomatik proseslər inkişafetdirilir.
Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə üçdəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin, loqopedintapşırıqlarının evdə edilməsi də vacib şərtdir. Sadə dislaliya üzrəməşğələlər 1-3ay, mürəkkəb dislaliya üzrə 3-6 ay üzrə təşkiledir.

- Dislaliyanın profilaktikası necə aparılmalıdır?

- Dislaliya əksər hallarda uğurla korreksiya olunur.Dislaliyanın müvəffəqiyyətlə dəf olunması defektin mürəkkəbliyi,uşağın yaşı və fərdi xüsusiyyətləri, məşğələlərinin müntəzəmliyi,valideynlərin bu işdə iştirakından asılıdır.
Məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən,aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinənisbətən daha tez korreksiya olunur. Dislaliyanın profilaktikasınitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkar olunmasınıtələb edir.

Valideynlər unutmamalıdır ki, onlar nitqin inkişafı baxımındanövladları üçün örnəkdir.

Məqalədə:
Seçilən
16
6
az.trend.az

7Mənbələr