AZ

Emin Ağalarov: "I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir çox yeni sazişlərin imzalanacağı məkan olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ilə bağlı dəyərli Prezidentimizə təşəkkürümü bildirirəm. Onun vizyonu və rəhbərliyi sayəsində bu tədbir mümkün olub. O, bu layihənin böyük dəstəkçisi olub".
Oxu.Az xəbər verir ki, bunu "Sea Breeze"in təsisçisi Emin Ağalarov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O, tədbirin "Sea Breeze"də keçirilməyindən məmnunluğunu ifadə edib:
"Azərbaycan üçün davamlı inkişaf və qlobal inteqrasiyaya töhfə vermək məqsədilə buradayam. Azərbaycan, həqiqətən də, diqqətəlayiq və çoxşaxəli bir ölkədir və bu, xüsusi qürur mənbəyidir. Burada həyatın bütün sahələrində baş verən inkişafı müşahidə etmək və dünyanın hər yerindən insanların bir araya gəldiyi böyük beynəlxalq tədbirlərin keçirildiyini görmək böyük bir zövqdür".
E.Ağalarov bildirib ki, bu forum bir çox yeni sazişlərin imzalanacağı və fərqli sahələrdə pioner layihələrin təqdim ediləcəyi bir məkan olacaq:
"Artıq bu forumun birinci tədbirinə neçə nəfərin qatıldığını görə bilirik və bu, onun uğurlu olacağının göstəricisidir. Hər il bu forumun daha da böyüyəcəyinə və işimizin nəticələrinin daha da əhəmiyyətli olacağına inanıram".
"Mən ilk növbədə bütün strateji tərəfdaşlara təşəkkür etmək istəyirəm. Xüsusilə dəyərli Prezidentimizə təşəkkürümü bildirirəm, onun vizyonu və rəhbərliyi sayəsində bu tədbir mümkün olub.
Mən, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarova da təşəkkür etmək istəyirəm. O, bu layihənin böyük dəstəkçisi olub və bizim bütün vizyonlarımızın həyata keçirilməsinə kömək edib. Bundan əlavə, burada olan hörmətli qonaqlar, nazirlər və hökumət nümayəndələri ilə davamlı koordinasiya apararaq bu layihənin uğurlu olmasını təmin edirik.
Növbəti iki gün ərzində hamınıza məhsuldar və faydalı vaxt arzulayıram", - deyə E.Ağalarov qeyd edib.
Məhərrəm Əliyev
Seçilən
13
30
oxu.az

10Mənbələr