AZ

Trampın qərarı Rusiya aviaşirkətlərini sanksiyalardan yayındıracaq

Trampın

ABŞ prezidenti Donald Trampın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etmək qərarı Rusiya aviaşirkətlərinə vacib təyyarə hissələrinin tədarükünə yol açır.

Reyting.az
“Politico” nəşrinə istinadla bildirir ki, ABŞ indi belə bir ssenarinin qarşısını almağa çalışır. Vaşinqton “Belavia”ya ehtiyat hissələrinin satışına icazə versə də, aviaşirkətin Rusiyaya uçuşunu qadağan etmək istəyir ki, bu da səmərəsiz ola bilər.

Xatırladaq ki, ABŞ və Belarus arasında razılaşma sentyabrın 11-də Minskdə saxlanılan 52 siyasi məhbusun azad edilməsindən sonra bağlanıb. Bununla belə, qərarın elan edilməsindən bir gün sonra ABŞ Ticarət Departamenti “Belavia” şirkətinin baş direktoru İqor Çerqinetsə məktub göndərərək, onun 16 təyyarədən ibarət parkının ehtiyat hissələrinə çıxışın bərpası şərtlərini açıqlayıb.

“Bu icazə Kuba, İran, Şimali Koreya, Rusiya, Suriya, Ukraynanın müvəqqəti işğal olunmuş Krım bölgəsi və ya qondarma Donetsk Xalq Respublikası və Ukrayna Luqansk Xalq Respublikasına uçuşlara icazə vermir”, - ehtiyat hissələrinin ixracı ilə bağlı sənəddə deyilir.

Eyni zamanda, Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin tədqiqatçısı Elina Ribakova qeyd edir ki, ABŞ-nın qadağası “formallıqdır. Belarusun da daxil olduğu “Rusiya+” Gömrük İttifaqında baş verənləri yoxlamaq üçün heç bir yol yoxdur”.

Nəticədə, ABŞ istehsalı olan təyyarə komponentlərinin üç ildən artıq Qərb sanksiyalarından sonra texniki xidmət və ehtiyat hissələrinə ciddi ehtiyacı olan Rusiya aviaşirkətlərinin əlinə keçmə riski kəskin şəkildə artıb.

V. QULİYEV
Seçilən
6
44
reyting.az

10Mənbələr