AZ

63 yaşlı qadın oğlundan da cavan adama ərə getdi FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyada 63 yaşlı qadın 31 yaşlı kişi ilə evlənərək fərqli yaş qruplarını bir araya gətirən sevgi hekayəsi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Adzarasi adlı qadın bu münasibətin təsadüfi görüş nəticəsində başladığını açıqlayıb.

Məlumata görə, qadın kafedə unutduğu telefonu geri qaytaran gənc ilə sonrakı günlərdə  təsadüfən qarşılaşıb. Bu görüşdən sonra hər gün telefon vasitəsilə uzun söhbətlər etməyə başlayan cütlük zamanla bir-birinə aşiq olub.

Adzarasi bildirib ki, münasibətlərin başlanğıcında sevgilisinin anası münasibətə qarşı çıxsa da, sonradan fikrini dəyişib və cütlüyün xoşbəxtliyini qəbul edib.

Qadının oğlu isə yeni "ata"dan altı yaş böyük olsa da, münasibəti dəstəkləyib.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
news.milli.az

4Mənbələr