Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.
Xəsarət alan yoxdur.
03:56
Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
02:59
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.