AZ

ABŞ Avropa İttifaqının yeni sanksiyalarına “hə” deyib

Tezliklə qəbul edilməsi planlaşdırılan AB-nin Rusiyaya qarşı 19-cu sanksiya paketi ABŞ ilə razılaşdırılıb.

Herbiand.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot TF1 telekanalında məlumat verib.

“Bu yeni, genişmiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfə ABŞ ilə razılaşdırılıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni paket yaxın vaxtlarda qəbul olunacaq.

Sentyabrın 19-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın LNG-nin Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir. Eyni zamanda, iqtisadi və sosial məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis bəyan edib ki, Aİ-nin yeni sanksiyalar paketində ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi, Rusiyadan neft alışına məhdudiyyətlər daxil olmayacaq.

Seçilən
13
herbiand.az

1Mənbələr