AZ

Kardioloq: Siqaretdən imtina ürək sağlamlığını qorumağın yeganə roludur

Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu İvan Efremkin qocalıqda damar sağlamlığını qorumaq və aktiv həyatı uzatmaq üçün vacib vərdişləri açıqlayıb.

E-saglam.az xəbər verir ki, o tövsiyələrini Lenta.ru ilə bölüşüb.

Həkim bildirib ki, siqaretdən tamamilə imtina etmək damar sağlamlığını qorumağın yeganə yoludur. “Yanma məhsulları qan damarlarını zədələyir, qan təzyiqini artırır və trombozu təhrik edir. Hətta ara-sıra siqaret çəkmək kəskin damar disfunksiyasına səbəb ola bilər. Vapinqdən və siqaretdən tamamilə imtina etmək riskləri azaltmağın yeganə yoludur”, – deyə Efremkin vurğulayıb.

O, həmçinin qan damarlarını gücləndirmək üçün müntəzəm fiziki fəaliyyətin əhəmiyyətini qeyd edib. Kardio məşqləri qan dövranını və ürəyin fəaliyyətini yaxşılaşdırır, güc məşqləri isə qan təzyiqi və xolesterini normaya salmağa kömək edir.

Həkim stressin idarə olunmasını, yuxu keyfiyyətini və ağız boşluğunun iltihabının qarşısının alınmasını da ürək-damar xəstəliklərinin qarşısını almağın vacib komponentləri hesab edir. Bundan əlavə, qan təzyiqini mütəmadi ölçmək, lipid profilini yoxlamaq və bel ətrafının kişilər üçün 94, qadınlar üçün 80 santimetrdən çox olmamasına diqqət etmək tövsiyə olunur. Efremkin xəbərdarlıq edir: “Bel çevrəsi daxili orqanların ətrafında toplanan piylərin mühüm göstəricisidir. Həddindən artıq piy iltihabı artırır, qan təzyiqini yüksəldir və ateroskleroz və şəkərli diabet riskini yüksəldir.”

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr