AZ

Kanada, Avstraliya və Böyük Britaniya Fələstini dövlət kimi tanıdı

Kanada, Avstraliya və Böyük Britaniya, demək olar ki, eyni vaxtda Fələstin dövlətçiliyini tanıdıqlarını elan etdilər. Üç ölkənin baş nazirləri sosial media hesablarında bununla bağlı bəyanatlar yayıblar. 

Məlumatı “Euronews” verib. 

Müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmək qərarı Qəzza zolağında döyüşlərin davam etdiyi bir vaxtda Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə ümidləri canlandırmaq məqsədi daşıyır.

Bir sıra Qərb ölkələri - Fransa, Böyük Britaniya, Portuqaliya, Kanada, Avstraliya və Belçika bazar ertəsi açılan BMT Baş Assambleyasının illik sessiyası zamanı Fələstin Dövlətini tanıdıqlarını elan ediblər. ABŞ belə bir addımın əleyhinədir.

G7 təşəbbüsünü əsas götürən Fransa prezidenti Emmanuel Makronun bazar ertəsi saat 15:00-da (Paris vaxtı ilə 21:00) Fransanın da Fələstini tanıdığını rəsmən təsdiqləyən çıxış edəcəyi bildirilir.

P.Əmircanov
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr