AZ

“Sərnişin haqları avtobus xərclərini ödəməyə yetmir” -

“Paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma ilə bağlı göstəricilərə baxdıqda, görərik ki, Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir”. Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezidentin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib. Onun sözlərinə görə, 27 avtobus daşıyıcısından yalnız 5-i ümumi avtobus parkının 58%-inə sahibdir və onların istismar etdiyi avtobusların orta yaşı 7 ildir. Digər daşıyıcıların avtobusları isə orta hesabla 12 il işləyir.

“Bakı şəhərində və ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sadə biznes modelinə əsaslanır: sərnişinlərdən toplanan gediş haqları ilə fəaliyyət göstərilir. Bu səbəbdən daşıyıcılar minimum resursla mümkün qədər çox sərnişin daşımağa çalışır, bu isə hərəkət qrafiklərinə riayət və avtobusların tutumundan səmərəli istifadə ilə bağlı problemlər yaradır. Nəticədə daşımaların keyfiyyəti və etibarlılığı aşağı düşür. Həmçinin, tənzimlənən tariflər səbəbindən topladıqları gediş haqları nə avtobusların istismar xərclərini, nə də köhnəlmiş və sıradan çıxan avtobus parkını yeniləməyə kifayət etmir”.

Seçilən
11
3
metbuat.az

10Mənbələr