Ukrayna ordusu Rusiya tərəfindən ilhaq edilən Krımdakı aviabazaya növbəti dəfə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, sentyabrın 21-də baş verən hücum nəticəsində iki ədəd sualtı qayıq əleyhinə B-12 “Çayka” təyyarəsi və bir ədəd Mi-8 helikopteri məhv edilib.
Qeyd edilib ki, B-12 "Çayka" ilk dəfədir vurulur.
Görüntüləri təqdim edirik: