AZ

“Yeni qaydaların əsas məqsədlərindən biri nağdsız ödəniş sisteminin tətbiqidir”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağdsız ödəniş sisteminə təşviq edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 

jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Yeni model daşıyıcıları sürətlə bu sistemə keçməyə təşviq edəcəyik”, - o bildirib.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr