AZ

Ticarət müharibəsi Avropa sənayesini risk altında qoyub

Ticarət

Avqust ayında Çinin Avropa İttifaqına (Aİ) nadir torpaq maqnitləri ixracı kəskin artıb. Bu vəziyyət Aİ-nin Çin tədarükündən asılılığını, Vaşinqton və Pekin arasında ticarət müharibəsinə qarşı həssaslığını göstərir.

Reyting.az
xəbər verir ki, Çin gömrüyünün məlumatlarına görə, avqust ayında Aİ-yə daşınmalar iyul ayı ilə müqayisədə 21 faiz artaraq 2582 tona çatıb.

“Bloomberg” nəşri yazır ki, yayın son ayında ABŞ-a ixrac əvvəlki ayla müqayisədə 5 faiz azalaraq 590 ton olub.

Qeyd edilir ki, elektrikli nəqliyyat vasitələri, külək turbinləri və hərbi texnika istehsalı üçün lazım olan nadir torpaq maqnitləri Pekinin Vaşinqtonla münaqişəsində ən güclü silahına çevrilib.

Aİ-nin Çin tədarüklərinə həddən artıq etibar etməsi onun sənayesini xüsusilə həssas edir və Çinin dominant mövqeyi Avropanı alternativ təchizat mənbələri axtarışını sürətləndirmək məcburiyyətində qoyur.

Hələ aprel ayında “Financial Times” qəzeti yazmışdı ki, ABŞ prezidenti Donald Trampın Aİ məhsullarına tətbiq etdiyi 20 faizlik rüsumların birbaşa təsiri avtomobil və polad tariflərindən əziyyət çəkən Avropa istehsalçılarının perspektivləri ilə bağlı narahatlıqları artırıb. Bu səbəbdən Brüsselin Asiya mallarının axınına hazırlaşmalı olduğu vurğulanırdı.

Bundan başqa, sentyabrın əvvəlində Tramp Avropa İttifaqını Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmaq məqsədilə birgə səylər çərçivəsində Hindistan və Çindən gələn mallara 100 faiz rüsum tətbiq etməyə çağırıb.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bəyan etdi ki, Aİ Hindistan və Çinə tariflərin tətbiqi ilə bağlı qərarlar verəcək.

V. QULİYEV
Seçilən
9
2
reyting.az

3Mənbələr