UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Amsterdam təmsilçisi Niderland çempionatında 6-cı tur çərçivəsində PSV-nin qonağı olub.
Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.
"Ayaks" 6 turdan sonra 12 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu 10 dekabr tarixində Bakıda baş tutacaq.