AZ

Netanyahu hücum edir, ərəblər sığınmağa çətir axtarır...

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Mətləb Salahov: İsrailin hücum planları ərəbləri Ərdoğanla ittifaqa sürükləyir”

“Son bir həftə ərzində baş verənlər Yaxın Şərqdəki qüvvələr balansı və yeni siyasi geostrategiya baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə gözlənilmədən İsrailin Qətərə zərbələr endirməsi, bunun ardınca Baş nazir Benyamin Netanyahunun digər Yaxın Şərq ölkələrini hədəfləyən “böyük planlar” barədə verdiyi bəyanatlar Səudiyyə Ərəbistanı və Misir başda olmaqla digər ölkələri də hərəkətə keçirib. Daha çox ABŞ-ın himayəsində olduqları deyilən və İsrail ilə yaxşı münasibətlərə malik ərəb ölkələri artıq dərk edirlər ki,Təl Əvivin planları böyük və ciddidir. Netanyahu açıq şəkildə bölgəni yenidən “dizayn etmək” üçün hərəkətə keçib. Bu vəziyyətdə ərəb ölkələrinin də artıq özlərini müdafiə etmək üçün ciddi hərbi ittifaqa ehtiyacları var. Halbuki on illiklərdir ki, Qəzzada İsrail hücumları və ölən müsəlmanlar üçün onlar bir dəfə də olsun ciddi hərəkət nümayiş etdirməyiblər.”

Bu barədə jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında bildirib. O qeyd edib ki, vəziyyətin ciddiliyinə ilk işarə, az qala 50 ilə yaxın müddətdə ilk dəfə Misir Prezidenti Sisinin Təl-Əvivə qarşı sərt bəyanat səsləndirib onu düşmən adlandırmasıdır.

“Diqqət edin, ərəb ölkələrini ən çox qəzəbləndirən məqam İsrailin Qəzzadakı 3 milyon insanı Sinay yarımadasına köçürmək planıdır. Artıq Misir bu planı “düşən addımı” elan edib və öz milli təhlükəsizliyi üçün təhdid kimi adlandırıb. Bu proseslərdən sonra iş o yerə çatıb ki, illərdir bir-birinə düşmən münasibətində olan Sisi və Ərdoğan arasında olduqca isti münasibətlər və yaxınlaşma var. Artıq iki ölkə arasında Aralıq dənizinin şərqində hərbi təlimlər keçiriləcək. Səudiyyə Ərəbistanının güclü maliyyə imkanları da yaradılacaq yeni hərbi blokun xərclərini qarşılamaq baxımından önəmli faktordur. Hazırkı Türkiyə hakimiyyətinin də Qətər, Oman, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə olduqca yaxın münasibətlərini nəzərə alsaq o zaman Türkiyənin də iştirakı ilə yeni hərbi ittifaqın qurulmaq ehtimalı güclənir. Əlbəttdə, tarixə nəzər salsaq ərəb ölkələrinin heç zaman sabit mövqe sərgiləmədiklərini, zaman-zaman Türkiyəyə qarşı “arxadan zərbə” prinsipi ilə hərəkət etdiklərini görmüş olarıq. Onlara güvənmək, sözlətinə etibar etmək də çətin məsələdir. Kim təminat verə bilər ki, bu gün İsrailə düşmən deyən ərəb ölkələri sabah qəfildən Təl Əviv-ə dostluq əlləri uzatmayacaqlar? Lakin bu gün görünən odur ki, İsrailin amansız hücumları onları bu dəfə Ərdoğanın çətirinə sığınmağa məcbur edir.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
sia.az

3Mənbələr