AZ

Zelenski: “Ukrayna müharibəni yaxşı bitirəcək”

Ukrayna prezidenti Vladimir Zelenski işğalçı ölkə Rusiya ilə davam edən müharibənin “yaxşı sonluqla” bitəcəyinə inandığını bildirib.

XəzərNews.az “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu fikirləri Zelenski Ali Radada “Xalqın xidmətçisi” partiyasının deputatları ilə görüşündə səsləndirib.

Müharibənin gedişi ilə bağlı suala cavab verən Zelenski “biz müharibə etdiyimiz vaxtda” ifadəsini işlədib və əlavə edib:

“Cəbhədə işlər pis olarsa, bəzi çətin qərarlar qəbul etməli olacağıq”.

Prezidentin başqa bir sitatı isə diqqət çəkib:

“Çox enerjim var, yaşım buna imkan verir, ona görə də biz bu müharibəni yaxşı başa vuracağıq”.

Xəbər 5 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr