AZ

“Turan”ın rəsmisi komandaya əsəbiləşdi: “Üç gün dayanmadan oynasa da, qol vurası deyil”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”ın qonağı olub.

Oyun Tovuz təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra “Turan Tovuz”un İdarə Heyətinin üzvü Yaşar Sultanov sosial şəbəkə hesabında komandanı tənqid edib.

O, “Bu oyunla “Turan” üç gün dayanmadan oynasa da, qol vurası deyil” yazıb.

“Turan Tovuz”un baş məşqçisi rusiyalı mütəxəssis Kurban Berdıyevdir.

Seçilən
12
sportinfo.az

1Mənbələr