Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB
Tərtər şəhərindən yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. 1news.az-ın Trend-ə istinadən xəbərinə görə, bu mərhələdə Həsənriz kəndinə köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu olan Ağdərə rayonun Həsənriz kəndinə çatıb. Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin açarları təqdim ediləcək. 12:29 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Həsənriz kəndinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 1news.az-ın Trend-ə istinadən xəbərinə görə, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 29 ailə olmaqla 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, koç edən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.