AZ

Səfir: Özbəkistan Azərbaycanla neft məhsullarının dərin emalı üzrə birgə layihələrdə maraqlıdır

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan Azərbaycanla neft məhsullarının dərin emalı üzrə birgə layihələrdə maraqlıdır.Newscenter.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 25) çərçivəsində bildirib."Biz Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Özbəkistandakı layihələrə cəlb edirik. Lakin biz neft məhsullarının dərin emalı layihələri çərçivəsində əməkdaşlıq etmək istərdik. Bu gün biz neft və qaz sektorları da daxil olmaqla, təxminən 20 iqtisadi istiqamətdə təşəbbüslər həyata keçiririk", - o qeyd edib.Səfirin sözlərinə görə, Azərbaycan şirkətləri ilə bütün sahələrdə- kimya, neft və qaz sənayesi, maşınqayırma, tikinti materiallarının istehsalı və satışı, o cümlədən Qarabağa tədarüklə bağlı çoxsaylı layihələr hazırlanır."İndi bunun üçün böyük imkanlar var. Şirkətlərimiz böyük maraq göstərir və biz anbarlar, həmçinin ilboyu fəaliyyət göstərən tikinti materiallarının satış mərkəzi, sərgi və satış yarmarkaları açmağı planlaşdırırıq", - B.Aşrafxanov əlavə edib.O, artıq tekstil məhsullarının ticarət evi, tikinti materialları anbarları və ticarət evləri, həmçinin kənd təsərrüfatı məhsulları üçün ümumi mərkəz kimi bir neçə istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
2
newscenter.az

3Mənbələr