Tərtər şəhərindən yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
Sitat.info xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu olan Ağdərə rayonun Həsənriz kəndinə çatıb. Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin açarları təqdim ediləcək.