AZ

Azərbaycan düyü idxalını 20%-ə yaxın azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 482 min dollar dəyərində 38 min 807 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə dəyər baxımından 13 milyon 556 min və ya 27,1%, miqdar ifadəsində isə 19,4% 9 min 323 ton azalıb. 

Cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,24%-ni təşkil edib. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 50 milyon 38 min dollar dəyərində 48 min 130 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
33
banco.az

1Mənbələr