AZ

Mütəxəssislər soyuducu təmizləyici məhsulların təhlükələri barədə xəbərdarlıq ediblər

Soyuducu təmizləyici məhsul seçərkən, üzvi turşulara əsaslanan və xlorsuz məhsullar seçməlisiniz.

E-saglam.az xəbər verir ki, Andrey Dorokhov, A.N. bu barədə Lenta.ru-ya müsahibəsində bildirib.

"Müasir bazar müxtəlif ixtisaslaşdırılmış soyuducu təmizləyici məhsullar təklif edir. Sitrik və ya laktik kimi üzvi turşulara əsaslanan formulalar optimal hesab olunur. Bu komponentlər cihazın plastik, rezin və ya metal komponentlərinə zərər vermədən, yağ çöküntüləri və əhəng də daxil olmaqla, çirkləri effektiv şəkildə təmizləyir."

Mütəxəssis əlavə edib ki, xlor və onun törəmələrinin olmamasına xüsusi diqqət yetirilməlidir. Dorokhov izah etdi ki, dezinfeksiyaedici xüsusiyyətlərinə baxmayaraq, xlor tərkibli birləşmələr plastik səthləri məhv edə, rəngini dəyişdirə, gücünü azalda və hətta metal hissələrin korroziyasına səbəb ola bilər.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr