AZ

“Rusiya Ukraynada tükənir, sülh masasına oturmaqdan başqa yolu qalmır” - Taleh Əliyev

" Rusiyanın təcavüzkar siyasəti onu sülh masasına deyil, daha çox tükənməyə aparır".

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın son vaxtlar həm regiona, həm də digər suveren ölkələrə qarşı artan təzyiqləri açıq şəkildə görünür. Onun sözlərinə görə, Moskvanın keçmiş sovet respublikalarının müstəqil xarici siyasət yürütməsinə qarşı sərgilədiyi aqressiya beynəlxalq ictimaiyyət tərəfindən də aydın şəkildə hiss olunur.

T. Əliyev vurğulayıb ki, Rusiyanın verdiyi açıqlamalar qeyri-səmimi xarakter daşıyır və bu ölkəni müharibə məsuliyyətindən azad etmir. Əksinə, Polşa, Rumıniya və Estoniya hava məkanlarının pozulması Rusiyanın Ukrayna müharibəsində gücdən düşdüyünü göstərir.

Politoloq qeyd edib ki, Moskvanın strateji ehtiyatları səfərbər etməsi və yeni çağırışçıları orduya cəlb etməyə hazırlaşması da bu zəifliyin göstəricisidir. Onun fikrincə, əgər Rusiya Ukraynada tükənirsə, məntiqi olaraq sülh masasına oturmalıdır.

“Hazırda Rusiya-Ukrayna müharibəsində sülh müqaviləsinin imzalanması real görünmür. Tarixi təcrübəyə əsasən, əvvəlcə atəşkəs əldə olunur, daha sonra sülh sazişi imzalanır. Bu halda isə Rusiya yaxşı anlayır ki, atəşkəsdən sonra da sanksiyalar qüvvədə qalacaq və bu, onu daha da çətin vəziyyətə salacaq”, – deyə Taleh Əliyev əlavə edib

Seçilən
13
news365.az

1Mənbələr