AZ

“Təmiz ölkəm” devizi altında təmizlik aksiyaları davam edir

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 19 sentyabr tarixində Ağdaş rayonu Qaradağlı, Astara rayonu Qamışoba, Zaqatala rayonu Makov kəndləri ərazisində, Ağcabədi şəhəri Zəfər prospektində, Ağçay çayının Quba rayonu ərazisindən keçən hissəsində, Zəngilan rayonu Qotur bulaq ərazisində təmizlik aksiyaları keçirilib. 

XQ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki,  yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalar çərçivəsində ərazilər ümumilikdə 2.1 tondan artıq tullantıdan təmizlənib. Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Müşfiq MirzəXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
xalqqazeti.az

3Mənbələr