AZ

İsrail üçün çətin mərhələ: Fələstin Qərbdə dövlət kimi rəsmən tanınmağa başlayır..

Sitat.info saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniya, Kanada, Avstraliya Fələstin dövlətini rəsmən tanıdı. Bu, İsrail Baş naziri  Netanyahunun xarici siyasətinin fiaskosudur. Ona qarşı daxildə güclü təzyiqlər başlayacaq. Fələstin dövlətinin Qərb ölkələri tərəfindən tanınması məhz B. Netanyahunun HƏMAS-ı bəhanə edərək, Qəzzada yaşayış məskənlərinin yer üzündən silinməsi və mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərdən irəli gəlir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Böyük Britaniya, Fransa Fələstin dövlətini tanıyırsa, növbəti mərhələdə siyasi və maliyyə yardımları olacaq: "BMT Fələstin dövlətinin rəsmi şəkildə qəbul edilməsi mümkündür. İsrail Baş naziri B. Netanyahunun Fələstinə qarşı hərbi əməliyyatları İsrail dövlətinin təcridinə və yəhudi xalqına qarşı anti-semitizmin formalaşmasına gətirib çıxarır. Fələstin Böyük Britaniyanın mandatında olub. Məhz İngiltərə Fələstin dövlətinin yaranmasına imkan verməmişdi. İngiltərə öz tarixi səhvini düzəldərək Fələstini dövlət kimi tanıdı. İsrail üçün çətin siyasi proseslər başlayır".

Nigar,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
sitat.info

6Mənbələr