AZ

Qəzzada müharibənin acı statisti̇kası: ölənlərin sayı 65 mini keçdi

Qəzzada humanitar vəziyyət daha da ağırlaşıb.

News365.az  xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bölgədə son bir sutka ərzində 61 nəfərin həyatını itirdiyini, 220 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb.

Rəsmi məlumatlara görə, müharibənin başladığı vaxtdan indiyədək ümumi ölüm sayı 65 min 344-ə, yaralıların sayı isə 166 min 795-ə çatıb.

Nazirlik qeyd edib ki, artan hücumlar nəticəsində səhiyyə infrastrukturu iflic vəziyyətinə düşüb, tibbi yardım göstərmək imkanları kəskin şəkildə məhdudlaşıb.

News365.az

Seçilən
8
news365.az

1Mənbələr