AZ

Simonyanda xərçəng AŞKARLANDI

Rusiya televiziya aparıcısı və propaqandist Margarita Simonyanda xərçəng aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Simonyan süd vəzi xərçəngi səbəbindən əməliyyat keçirib və hazırda kimyaterapiya aldığını açıqlayıb:

“Yaxşı olduğumu demək istərdim, amma heç vaxt yalan danışmamağa çalışıram. Tiqran hələ də komadadır, mən isə xərçəng xəstəliyindən müalicə alıram. Bunun nə xeyri var? Tezliklə məni parikdə görəcəksiniz. Hansının mənə daha uyğun olduğunu birlikdə seçəcəyik”.

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr