AZ

Azərbaycan və IFC arasında daha bir sahədə əməkdaşlıq sazişi imzalandı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlıq (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq" sazişi imzalanıb.

Oxu.Az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Tomas Lubek imzalayıblar.

Saziş PPP (Public-Private Partnerships) əməliyyatı məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
4
oxu.az

7Mənbələr