AZ

Məşhur rejissoru prezident seçiblər

Məşhur

Amerikalı məşhur rejissor, ikiqat "Oskar" mükafatı laureatı Kristofer Nolan ABŞ-da Kino Rejissorları Gildiyasının prezidenti seçilib. Nolan bu vəzifədə 2021-dən bəri quruma rəhbərlik etmiş Lesli Linka Qlatteri əvəz edib.

Reyting.az
xatırladır ki, Kristofer Nolan 2001-ci ildən Gildiyanın üzvüdür, 2015-ci ildən isə milli şurada çalışır. Hazırda rejissor teatr sənayesində yaradıcılıq hüquqları və süni intellekt komitələrinə rəhbərlik edir.

Təşkilat yaxın aylarda kino və televiziya prodüserləri ilə yeni müqavilələr barədə danışıqlara hazırlaşır ki, bu da çox tezliklə xarici striminq bazarında payların artırılmasına xidmət edəcək.

Onu da qeyd edək ki, K. Nolan "Qaranlıq cəngavəri" adlı kino trilogiyası, "Başlanğıc", "Dünkerk", "İnterstellar", eyni zamanda da 7 "Oskar" qazanmış "Oppenheymer" filmi ilə tanınır.

Oqtay QORÇU
Seçilən
11
1
reyting.az

2Mənbələr