AZ

Xaçmaz Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
11
apa.az

10Mənbələr