AZ

Yeni “İPhone” almaq üçün 2 ay işləmək lazımdır “Forbes” açıqladı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Forbes” dərgisinin hesablamalarına görə, Hindistanda yeni “iPhone” almaq üçün işçilər 967 saat işləməli olurlar. 

“AzPolitika” bildirir ki, müqayisə üçün İsveçrədə orta aylıq nominal əməkhaqqı nəzərə alınarsa, bu dövr cəmi 17 saat təşkil edir.

Azərbaycanda rəsmi statistikaya görə, orta aylıq nominal əməkhaqqı 1 098,1 AZN təşkil edir. “iSpace”in saytında isə “iPhone” 17 256 GB modeli 2 339 AZN-ə satılır. Bu o deməkdir ki, Azərbaycanda bir yeni “iPhone” almaq üçün təxminən 339 saat, yəni iki aydan çox işləmək lazımdır.

Bu göstərici Azərbaycanın Meksika səviyyəsində olduğunu göstərir və ölkədə texnologiya məhsullarının qiymətləri ilə əməkhaqqı arasındakı böyük fərqi əks etdirir.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr