AZ

Muradov İrəvanda ermənilərin ittihamlarını cavablandırdı

İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarına qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, Topçubaşov Mərkəzinin təsisçisi Murad Muradov erməni jurnalistlərin suallarını cavablandırıb.

Publika.az
xəbər verir ki, erməni jurnalistlər “Azərbaycanın sülh sazişini niyə imzalamaması, bunun Ermənistana qarşı ərazi iddialarından qaynaqlanması ehtimalı” haqda sual verib.

Muradov bildirib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur: “Lakin Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddiaları var. Bu, sülh sazişinin imzalanmamasında yeganə maneə ola bilər. Rəsmi Bakı üçün bu məsələnin həlli vacibdir. Təkcə bu (Ermənistan konstitusiyası-red), sülh sazişinin imzalanmasına əngəl törədir”.

Erməni jurnalistlər Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını nəzərdə tutan müəddəaların olduğunu iddia edib. Soruşublar ki, “burada niyə qarşılıqlı prinsip tətbiq edilmir?”. Onu da əlavə ediblər ki, Ermənistanda konstitusiyaya dəyişiklik etmək qısa müddətdə mümkün deyil, bunun üçün referendum lazımdır.

Azərbaycan təmsilçisi cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yoxdur: “Azərbaycanın Cənubi Qafqazın şərq regionunun bir hissəsi olduğu qeyd olunub, lakin konstitusiyamıza əsasən heç bir ərazi iddiası və ambisiyası yoxdur”.

Erməni jurnalistlər sual verib ki, bəs “Qərbi Azərbaycan” ifadəsi ərazi iddiası deyil?

Muradov izah edib ki, qətiyyət belə deyil: “Qərbi Azərbaycan dedikdə bir-birinin regional bütövlüyünü qorumaq nəzərdə tutulur. Bu, daha çox xalqın mənafeyinə xidmət edən QHT-dir və daha çox insanın bu ərazilərdə mədəni şəkildə yaşamasını istəyir. Bu, daha çox mədən irsin və xalqın maraqlarına xidmət edən bir anlayışdır”.

Asif

Seçilən
22
publika.az

1Mənbələr