AZ

UNEC-də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi (FOTO/VİDEO)

Bakı. Trend:

UNEC hər zaman vətənimizinazadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizinxatirəsini böyük ehtiramla yad edir.

Bu ənənə çərçivəsində 27 Sentyabr - Anım Günü münasibətiləUNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində xüsusi tədbirkeçirilib.

Trend xəbərverir ki, tədbirdə UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı,universitetin Vətən müharibəsində şəhid olmuş məzunları - Məzdək EyvazlıƏbil Cəbizadəninvalideynləri də iştirak ediblər. Tədbirin açılışında Dövlət himnisəsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib vəonların həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərovçıxış edərək UNEC kollektivinin şəhidlərimizin xatirəsini hər zamanyüksək tutduğunu, onların valideynlərinin isə UNEC ailəsinin ənəziz və dəyərli üzvləri olduqlarını diqqətə çatdırıb. O, şəhidlərinqısa və mənalı həyat yolunun gənclər üçün əsl vətənpərvərlikməktəbi, qəhrəmanlıq nümunəsi olduğunu deyib.

Tədbirdə şəhidlərin vətənpərvərliyindən, vətəninə, xalqına olansevgisindən söz açılıb. Bildirilib ki, Məzdək Eyvazlı və ƏbilCəbizadənin doğum günlərinin 26 fevral - Xocalı faciəsi gününətəsadüf etdiyi üçün onlar heç vaxt doğum günlərini qeyd etməyiblər,həmin günün acısını qəlblərində yaşadıblar. Vətən müharibəsibaşlananda hər iki gəncin könüllü olaraq, vətənin müdafiəsinəyollandıqları və hərb meydanında cəsarətlə döyüşdükləri diqqətəçatdırılıb. Məzdək Eyvazlının Füzulinin azad olunması uğrunda, ƏbilCəbizadənin isə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətindəgedən döyüşlərdə şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucaldıqları,ölümlərindən sonra medallarla təltif olunduqları qeyd edilib.

Tədbirin ən duyğulu və simvolik anı isə şəhidlərin xatirəsininəbədiləşdirilməsi məqsədilə onların təhsil aldıqları tədrisbinasının həyətində Xançinarlarının əkilməsi olub. Şəhidlərin valideynlərinin iştiraketdiyi ağacəkmədə duyğusal anlar yaşanıb.

Əkilən çinar ağacları UNEC-in şəhid məzunlarına olan ehtiramın,şəhidlərin ölməz ruhlarının UNEC-də kök saldığının, onların ruhununbu elm ocağında əbədi yaşayacağının simvolu kimi dəyərləndirilib.Bildirilib ki, həmin ağaclar hər budağı ilə şəhidlərin yazdığıigidlik tarixinin, dərin kökləri ilə vətənə bağlılıqlarının canlınişanəsinə çevriləcək.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
15
7
az.trend.az

8Mənbələr