AZ

Tələbə vizası ilə ABŞ-a gedən əcnəbilərin sayı ardıcıl beşinci aydır ki...

Avqust ayında ABŞ-a tələbə vizası ilə 313 min nəfər daxil olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 19% azalma deməkdir. Bu, 2021-ci ildən bəri ən aşağı göstəricidir.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ABŞ-a tələbə vizası ilə daxil olan əcnəbilərin sayı ardıcıl beşinci aydır ki, azalır. Azalma ən çox ABŞ tələbə vizalarının əsas mənbəyi olan Asiyadan olan tələbələr arasında nəzərə çarpır.

2025-ci ilin may ayında Tramp administrasiyası beynəlxalq tələbələr üçün viza siyasətlərinin sərtləşdirildiyini elan etdi. Baxış prosesinə viza ərizəçilərinin sosial media profillərinin təhlili də daxildir. Donald Tramp həmçinin Harvardda oxumaq istəyən tələbələrə viza verilməsini tamamilə qadağan edən sərəncam imzalasa da, məhkəmə bu qərarı ləğv edib.

Seçilən
12
ikisahil.az

1Mənbələr