AZ

"Təzə gəlin evdə tapılmır, Nadirin pullarını xərcləyirlər, nə veclərinə..."

Əməkdar artist Mətanət İsgəndərli müğənni Nadir Qafarzadənin yeni ailə quran oğlu Əziz və gəlini barədə maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu proqramda danışıb:

"Nadirdən soruşuram, deyirəm, təzə gəlin necədir? Cavab verir ki, heç evdə tapılmır, gəzirlər özləri üçün. Nadirin pullarını da xərcləyirlər, vecinə almırlar".

Mətanət İsgəndərlinin sözlərini təsdiqləyən Nadir Qafarzadə isə bunları qeyd edib:

"Valideyn övlad üçün hər şey etməyi özünə borc bilir: böyüdür, oxudur, toyunu edir və sonra da ailəsinə dəstək olur. Amma xaricdə bu münasibət fərqlidir. Bizdə övlad ömür boyu valideynin himayəsində qalır. Allah bizə ruzi versin, əlimiz daim övladımızın üstündə olsun".

Musa
Milli.Az

Seçilən
16
1
milli.az

10Mənbələr