AZ

“Onun yerində olsaydım, yanvarda yeni klub tapmağa çalışardım”

“Real”ın almaniyalı keçmiş baş məşqçisi Bernd Şuster “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin özünə yeni klub tapmalı olduğunu düşünür.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, həmyerlisi haqda bunu deyib:

“Hər kəs “Barselona”nın ehtiyacı olmayan oyunçulara qarşı nə qədər sərt davrana biləcəyini bilir. Mən Ter Ştegenin yerində olsaydım, yanvarda yeni klub tapmağa çalışardım.

Aydındır ki, Kataloniya klubu Xuan Qarsiyanı ilk seçimi, Voyçex Şesnını isə ikinci seçim olaraq görür. Ter Ştegen daha şans əldə etməyəcək”.

Kataloniyalılar yayda almaniyalı qolkiperi satmaq istəsələr də, o, getməkdən imtina edib və sonra ciddi zədə alıb. Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
13
sportinfo.az

1Mənbələr